SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak

PAŞA Bank

2007-ci ildə yaradılmış "PAŞA Bank" ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. PAŞA Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir.

PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb. Bununla Bank, bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.

"PAŞA Yatırım Bankası" A. Ş. (Türkiyə törəmə şirkəti) öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də əməkdaşlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank, korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.

"PASHA Bank Georgia" SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.

PAŞA Bank, dəfələrlə maliyyə yönümlü beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi, KSM proqramı və s. İstiqamətlər üzrə Azərbaycan bazarının lideri kimi tanınıb. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank, "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub. Həmçinin PAŞA Bank, 2013-cü ildə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" mükafatına və "Europe Banking Awards 2012" çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət proqramına görə "Avropada ən yaxşı bank" adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan "Commerzbank AG" tərəfindən təsis olunmuş xüsusi "Trade Award" mükafatı 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunub. 2014–2015-ci illərdə "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib.

2016-cı ildə Bank, "World Finance" jurnalı tərəfindən "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı", "Global Finance" jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub. 2017-ci ildə PAŞA Bank, "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxsı bankı", "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ Sosial Məsuliyyət proqramı" və "Azərbaycanın ən yaxşı investisiya bankı", "Global Finance" və "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxsı bankı" adlandırılıb. 2018-ci ildə PAŞA Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil olunan müsabiqə çərçivəsində "Təmassız POS terminal infrastrukturu üzrə lider bank", "Global Finance" tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "Ən yaxşı özəl bank", "The Banker" tərəfindən "İlin bankı" adlarına, eləcə də "Sap Value Award" mükafatına layiq görülüb. Bununla yanaşı, "World Finance" jurnalı PAŞA Bankı 2018-ci il üçün "Azərbaycanın ən yaxşı kommersiya bankı" mükafatı ilə təltif edib.

2019-cu ilin yekunlarına görə PAŞA Bank "Korporativ Sosial Məsuliyyət proqramı" və "Ən fəal təhsil dəstəkçisi", 2020-ci il ilin nəticələrinə əsasən isə "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü", "Elektron Bankçılıq", "Korporativ Sosial Məsuliyyət" və "Ən fəal təhsil dəstəkçisi" nominasiyaları üzrə qalib seçilib. Eyni zamanda, PAŞA Bank, "İnternet bankçılıq xidməti üzrə lider bank", "Təmassız ödənişlər üzrə lider bank" və "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" elan edilib.

2020-ci ildə "EMEA Finance" jurnalı tərəfindən PAŞA Bank "Azərbaycanın ən yaxşı bankı" və "Azərbaycanın ən yaxşı investisiya bankı" kimi fərqləndirilib. Həmçinin Bank, Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında "Ən yaxşı bank məhsulu" və "Ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramı" nominasiyalarının qalibi də seçilib.

2021-ci ildə Bankın "Onlayn kredit" məhsulu regionda KOS üçün "Ən yaxşı bank məhsulu" seçilib. Eyni ildə Azərbaycanda POS-terminal dövriyyəsinin həcminə görə PAŞA Bank "Best F2F Acquirer" adına layıq görülüb.

Beynəlxalq reytinq:

"Standard & Poor's" agentliyi, fevral, 2023 il: uzunmüddətli "B+" / qısamüddətli "B"

"Standard & Poor's" agentliyi, iyun, 2022 il: uzunmüddətli "B+" / qısamüddətli "B"

PAŞA Bank bu gün 1.200 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz, Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üçün çalışır, beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təklif edirik. Biz, Azərbaycanda iri investisiya holdinqi kimi tanınan və sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Biz, Azərbaycanın ən gənc, eyni zamanda, ən iri banklarından biri olaraq daim əlimizi maliyyə və texnoloji dəyişikliklərin nəbzində tutur, bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.

Dövlət Vergi Xidmətindən iki banka stavka
Ölkə
05.03.2026 15:11
Dövlət Vergi Xidmətindən iki banka "stavka"
Banklar qeyri-faiz xərclərini qeyri-faiz gəlirləri ilə ödəyə bilirmi? - CƏDVƏL
Maliyyə
20.02.2026 10:11
Banklar qeyri-faiz xərclərini qeyri-faiz gəlirləri ilə ödəyə bilirmi? - CƏDVƏL
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
Maliyyə
19.02.2026 09:11
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
Banklardan 9-u irəlilədi, 13-ü gerilədi - CƏDVƏL
Maliyyə
18.02.2026 09:51
Banklardan 9-u irəlilədi, 13-ü gerilədi - CƏDVƏL
“PAŞA Bank”ın Türkiyə bazarında mənfəəti 38% artıb
Maliyyə
17.02.2026 12:56
“PAŞA Bank”ın Türkiyə bazarında mənfəəti 38% artıb
Xarici banklar yerli bankları üstələdi - CƏDVƏL
Maliyyə
17.02.2026 09:27
Xarici banklar yerli bankları üstələdi - CƏDVƏL
Azərbaycanda aparıcı 4 bankın illik xalis mənfəəti AZALDI - CƏDVƏL
Maliyyə
16.02.2026 10:46
Azərbaycanda aparıcı 4 bankın illik xalis mənfəəti AZALDI - CƏDVƏL
Azərbaycanda 8 bankın mənfəət vergisi ödəmələri azaldı - SİYAHI
Maliyyə
13.02.2026 11:23
Azərbaycanda 8 bankın mənfəət vergisi ödəmələri azaldı - SİYAHI
Ötən il banklar xüsusi ehtiyatlara ayırmalarla nə qədər diqqət yetirib? - CƏDVƏL
Maliyyə
11.02.2026 10:23
Ötən il banklar xüsusi ehtiyatlara ayırmalarla nə qədər diqqət yetirib? - CƏDVƏL
Azərbaycanda 7 bankın əməliyyat mənfəəti azalıb
Maliyyə
10.02.2026 09:27
Azərbaycanda 7 bankın əməliyyat mənfəəti azalıb
Bu bankların illik qeyri-faiz xərcləri 120 milyon manatdan çox oldu - SİYAHI
Maliyyə
09.02.2026 09:41
Bu bankların illik qeyri-faiz xərcləri 120 milyon manatdan çox oldu - SİYAHI
Azərbaycandakı Türkiyə bankları faiz xərclərini 2 dəfə artırıblar - CƏDVƏL
Maliyyə
06.02.2026 09:47
Azərbaycandakı Türkiyə bankları faiz xərclərini 2 dəfə artırıblar - CƏDVƏL
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Maliyyə
05.02.2026 10:20
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ötən il bu bankların qeyri-faiz gəlirləri azaldı - CƏDVƏL
Maliyyə
04.02.2026 09:11
Ötən il bu bankların qeyri-faiz gəlirləri azaldı - CƏDVƏL
“PAŞA Bank” ötən il Gürcüstanda mənfəətlə işləyib
Maliyyə
03.02.2026 11:25
“PAŞA Bank” ötən il Gürcüstanda mənfəətlə işləyib
Banklar illik faiz gəlirlərini nə qədər artırıb? - CƏDVƏL
Maliyyə
03.02.2026 10:16
Banklar illik faiz gəlirlərini nə qədər artırıb? - CƏDVƏL
Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
Maliyyə
02.02.2026 09:42
Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
Maliyyə
30.01.2026 09:02
Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
Maliyyə
29.01.2026 09:17
Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
“PAŞA Bank” sadə vətəndaşları özünə şərik etmək istəyir
Maliyyə
28.01.2026 12:27
“PAŞA Bank” sadə vətəndaşları özünə şərik etmək istəyir
Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
Maliyyə
27.01.2026 10:24
Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Maliyyə
26.01.2026 10:13
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
“PAŞA Bank”ın problemli kreditləri yenidən artmağa başladı - DİAQRAM
Maliyyə
24.01.2026 09:33
“PAŞA Bank”ın problemli kreditləri yenidən artmağa başladı - DİAQRAM
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Maliyyə
22.01.2026 11:12
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
“PAŞA Bank”ın səhmdarları bir araya gələ bilmədi
Biznes
22.01.2026 10:33
“PAŞA Bank”ın səhmdarları bir araya gələ bilmədi
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Maliyyə
21.01.2026 10:49
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
Maliyyə
20.01.2026 10:57
Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur