Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin əməliyyat gəlirləri 250 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Kapital Bank” (1 510,1 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (1 362,6 milyon manat), “PAŞA Bank” (617,7 milyon manat), “Unibank” (332,8 milyon manat) və “Bank Respublika” (276,9 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 8-nin əməliyyat gəlirləri 100-250 milyon manat arasında, 7-nin əməliyyat gəlirləri 10-100 milyon manat arasında, 1-nin əməliyyat gəlirləri isə 10 milyon manatdan azdır.
Son 1 ildə 3 bankın əməliyyat gəlirləri azalıb. Ən çox azalma İran Milli Bankının Bakı filialında (13,5%), ən az azalma isə “Bank VTB Azərbaycan”da (2,4%) qeydə alınıb.
Qalan 18 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (2 dəfə), ən aşağı dinamika isə “PAŞA Bank”da (3,4%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin III rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
- ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
- Əhalinin banklara kreditləri durmadan artır - CƏDVƏL
- Bu bankların problemli kreditləri "başağrısına çevrilib" - CƏDVƏL
- Bu 3 bank öhdəliklərini AZALDIR - CƏDVƏL
- Əmanətçilər ən çox “Bank Respublika” və "Xalq Bank"dan pullarını çəkir - CƏDVƏL
- “Kapital Bank” AMB-yə borcunu 14%-ə yaxın azaldıb - CƏDVƏL
- “PAŞA Bank” və “Express Bank”dan başqa bütün bankların balans kapitalı artıb - CƏDVƏL