Bu ilin oktyabr ayında Maliyyə Nazirliyi vahid xəzinə hesabının qalığı hesabına kommersiya banklarına 704 milyon manat depozit qoyub.
Nazirlikdən Yurd.Media-ya verilən məlumata görə, bu, sentyabr ayı ilə müqayisədə 8 dəfə çoxdur.
Ay ərzində 5 depozit hərracları keçirilib, depozitlərin illik gəlirliyi isə 6,5% faiz təşkil edib.
Hərraclar dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması, xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədi daşıyır. Vəsaitlər 28-56 gün müddətinə banklara yerləşdirilir.