SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
BOKT-un nizamnamə kapitalı 1 milyon manat artırıldı

BOKT-un nizamnamə kapitalı 1 milyon manat artırıldı

  • 29 oktyabr 2026, 14:10

“Neo” ASC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalının 1 milyon manat artırılması yekunlaşıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-un kapitalı 1 170 min manat artırılaraq 2 374 400 manata çatdırılıb.

Qeyd edək ki, “Neo BOKT” nizamnamə kapitalını artırmaq üçün 270 ədəd yeni səhm emissiya həyata keçirmişdi.

Yeni səhmlərin Bakı Fond Birjasında “Troni İnvestisiya Şirkəti” ASC vasitəsilə kütləvi təklif üsulu ilə yerləşdirilmişdi.

Xatırladaq ki, "Neo" 2007-ci ildən fəaliyyət göstərən "Finans İnvest" BOKT-un bazasında 2026-cı ildə yaradılıb. 

Onun səhmlərinin 60%-i Elson Aydınova, 40%-i isə Rəşad Səlimova məxsusdur. 

Skat.az - Ev və Avtomobil elanları