Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23 896,3 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 17,3%-i qədər olub.
Maliyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 5,8% azdır.
Dövlət borcunun 4 509,5 milyon ABŞ dolları və yaxud 7 666,2 milyon manatı xarici (ÜDM-in 5,5%-i qədər), 16 230,1 milyon manatı isə daxili (ÜDM-in 11,8 %-i qədər) dövlət borcları təşkil edir.
Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 7,8% və 4,8% azdır.