SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan növbəti faiz qərarını açıqlamağa hazırlaşır

Azərbaycan növbəti faiz qərarını açıqlamağa hazırlaşır

  • 27 oktyabr 2026, 12:36

Oktyabrın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olaraq faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

Yurd.Media xəbər verir ki, bu, qurumun 2026-cı il ərzində 7-ci faiz qərarı olacaq.

Qərar açıqlandıqdan sonra AMB-nin sədri Taleh Kazımov mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, AMB sentyabrın 23-də uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,5%-dən 5%-ə endirilib, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

Skat.az - Ev və Avtomobil elanları