SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə MƏHKƏMƏDƏ

“Unibank” Abşeronda 26,5 faizlə verdiyi kreditlərə görə MƏHKƏMƏDƏ

  • 26 oktyabr 2026, 13:36

“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) Abşeron rayonunda müştərilərini məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bank Abşeron Rayon Məhkəməsinə müraciət edərək müştərisindən 12328 manat əsas, 1486 manat faiz, 70 manat cərimə borcu olmaqla, cəmi 13884 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 132 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddia ərizəsinə görə, bankla cavabdeh arasında bağlanmış 2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26.50 faiz ödəmək şərti ilə 15500 manat məbləğində kredit verilib. 

Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib. 

Məhkəmə iddia tələbini təmin edib. 

Bundan başqa, sözügedən bank daha bir müştərisinə qarşı kredit borcunun ödənilməsi barədə iddia qaldırıb. 

İddia tələbindən cavabdehdən 2946 manat əsas borc, 78 manat faiz borcu, dövlət rüsumu olaraq ödənilmiş 51 manat məbləğində vəsaitin tutulması istənilib. 

Məhkəmə bu iddia tələbini də təmin edib. 

Ümumilikdə “Unibank" bu ilin sentyabr və oktyabr ayları ərzində Abşeron Rayon Məhkəməsində 10-dan çox vətəndaşa qarşı pul tələbinə dair iddialar qaldırıb.

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin 9 ayının nəticəsinə görə bankda vaxtı keçmiş kreditlərin həcmi 55,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında 6-dır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər , Səbail və Nizami rayonlarında, həmçinin İsmayıllı, Ağdam,  Şəmkir , Gədəbəy, Siyəzən və İmişli rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Skat.az - Ev və Avtomobil elanları