“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Unibank” ASC iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək Səfərəliyeva Havva Malik qızından 5000 manat əsas, 247 manat faiz - cəmi 5247 manat borc və 73 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Belə ki, Bank tərəfindən 2023-cü ildə 35 ay müddətinə illik 27,6 faizlə 5000 manat məbləğində kredit xətti açılıb, lakin cavabdeh мüqavilənin şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib.
Məhkəmə iddia tələbini təmin edib.
Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.
Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər və Səbail rayonlarında, həmçinin Ağdam, Şəmkir , Gədəbəy və Siyəzən rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.