SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Unibankın qadın müştəriləri 27,6 faizlə rəsmiləşən kredit xəttinə görə MƏHKƏMƏDƏ

"Unibank"ın qadın müştəriləri 27,6 faizlə rəsmiləşən kredit xəttinə görə MƏHKƏMƏDƏ

  • 08 may 2026, 10:58

“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir neçə müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Unibank” cavabdeh Hüseynova Aytən Taleh qızına borc tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib.

Belə ki, bank müştərisinə 59 ay müddətinə, illik 27,60 faiz olmaqla 1000 manat məbləğində kredit xətti açıb.

Müəyyən olunmuş müddətdə pulu faizi ilə birlikdə banka qaytara bilməyən A.Hüseynova 1000 manat əsas, 139 manat faiz, 20  manat cərimə olmaqla, cəmi 1159 manat borc yazılıb. Bank məhkəməyə müraciət edərək bu pulun, üstəlik dövlət rüsumu olaraq ödənilmiş 31,60 manat məbləğin də tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

“Unibank” Səbail Rayon Məhkəməsinə daha iki müştərisinə qarşı da müştərək qaydada iddia qaldırıb.

Belə ki, Həsənova Vəfa Sərdar qızı və Əliyeva Səbinə Yaqub qızından iddiaçı “Unibank”a müştərək qaydada 7900 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 99 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilib.

Məhkəmə hər iki iddia tələbini təmin edib.

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının SuraxanıXəzər rayonlarında, həmçinin ŞəmkirGədəbəySiyəzən rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları