SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Azer-Türk Bank”a baş auditor təyin olundu

“Azer-Türk Bank”a baş auditor təyin olundu

  • 27 noyabr 2026, 11:17

“Azer-Türk Bank” ASC-yə yeni baş auditor təyin olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Mirtural Mirxəlilli bankda daxili audit üzrə baş auditor vəzifəsinə təyinat alıb.

O, bu təyinatadək 2020-ci ilin martından 2026-cı ilin noyabrınadək “AccessBank”da çalışıb. O, 2024-cü ilin iyunundan 2026-cı ilin noyabrınadək daxili audit üzrə baş auditor, 2022-ci ilin yanvarından 2024-cü ilin iyun ayınadək aparıcı daxili auditor, 2020-ci ilin martından 2022-ci ilin yanvarınadək isə daxili auditor vəzifələrini tutub.

Bundan əvvəl, 2018-ci ilin sentyabrından 2020-ci ilin martınadək “AccessBank”ın Bərdə filialında kredit olmayan məhsulların satışı və hesabatlığı üzrə məsul əməkdaş olub.

Mirtural Mirxəlilli 2013-cü ilin iyulundan 2018-ci ilin sentyabrınadək bankda istehlak kreditləri üzrə mütəxəssis, eləcə də kredit olmayan məhsullar üzrə fərdi sahibkarlar və hüquqi şəxslərlə iş istiqamətində fəaliyyət göstərib.

Mirtural MirxəlilliMirtural Mirxəlilli

Skat.az - Ev və Avtomobil elanları