Azərbaycanda faktorinq şirkətlərinə lisenziya tələbinin qoyulması gözlənilmir.
Bazar iştirakçılarını Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun inkişafı departamentinin rəhbəri Nərgiz Şirəliyeva arxayın edib.
O, bu barədə Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda danışıb. AMB rəsmisinin fikrincə, faktorinq bazarında elə də böyük risk yoxdur ki, şirkətlərdən lisenziya tələb olunsun.