“Meqa Sığorta” ASC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ruqiyyə Babazadə şirkətdə Sahibkarlarla əlaqələr bölməsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, bundan əvvəl 2026-cı ilin sentyabrından noyabr ayınadək “Atəşgah Sığorta” ASC-də Korporativ və tərəfdaş satışları bölməsinin rəhbəri olub. 2024-cü ilin sentyabrından 2026-cı ilin sentyabrınadək həmin şirkətdə Birbaşa satışlar bölməsinin rəhbəri, 2024-cü ilin fevralından sentyabr ayınadək isə bölmə rəhbərinin səlahiyyətlərini icra edib.
Ruqiyyə Babazadə 2020-ci ilin iyunundan 2024-cü ilin fevralınadək “Atəşgah Sığorta”da korporativ satış üzrə baş mütəxəssis, 2018-ci ilin mayından 2020-ci ilin mayınadək aparıcı korporativ satış mütəxəssisi, 2014-cü ilin noyabrından 2018-ci ilin mayınadək isə korporativ satış mütəxəssisi vəzifələrində çalışıb.
Ruqiyyə Babazadə