SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
PAŞA Həyat Sığortanın aktivləri 7%-ə yaxın azalıb

"PAŞA Həyat Sığorta"nın aktivləri 7%-ə yaxın azalıb

  • 20 noyabr 2026, 15:54

"PAŞA Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 41,15 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.

Bu il oktyabrın əvvəlinə "PAŞA Həyat Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 6,8% az – 769,5 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 646,7 milyon manat (7,2% az), balans kapitalı isə 122,8 milyon manat (4,3% az), o cümlədən nizamnamə kapitalı 40,25 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları