SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Yarım milyon borca düşən kredit təşkilatının sədrinə yeni müavin TƏYİNATI - FOTO

Yarım milyon borca düşən kredit təşkilatının sədrinə yeni müavin TƏYİNATI - FOTO

  • 20 noyabr 2026, 15:17

“Unibank”ın Satış mərkəzinin müdiri vəzifəsindən ayrılan Bəxtiyar Bəxtiyarovun yeni iş yeri məlum olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, fəaliyyətini “International” BOKT ASC-də davam etdirəcək.

Belə ki, B.Bəxtiyarov kredit təşkilatının İdarə Heyəti sədrinin müavini – Baş Biznes inzibatçısı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, “International” BOKT ASC 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur. İllik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan “International” uzun müddətdir vergi borcu ilə üzləşib.

BOKT-nin hazırda dövlət qarşısında vergi borcunun miqdarı 500 min manatı ötüb.

Skat.az - Ev və Avtomobil elanları