“Unibank”ın Satış mərkəzinin rəhbəri Bəxtiyar Bəxtiyarov vəzifəsindən ayrılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, öz istəyilə bankdakı vəzifəsindən azad olunub.
B.Bəxtiyarov 2024-cü ilin avqustundan 2026-cı ilin noyabrınadək bu vəzifədə çalışıb.
O, daha əvvəllər “AccessBank”ın Nərimanov Korporativ filialının müdiri, Salyan filialının müdiri, 20 Yanvar filialı müdirinin müavini vəzifələrində çalışıb.
Ümumilikdə isə 16 ildən çox “AccessBank”da fəaliyyət göstərib.
