"Azsığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 0,5 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,25% azdır.
Bu il oktyabrın əvvəlinə “Azsığorta”nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 3,2% az – 29,8 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 10,7 milyon manat (8,1% az), balans kapitalı isə 19,1 milyon manat (0,2% az), o cümlədən nizamnamə kapitalı 14 milyon manat (dəyişməyib) olub.