SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
FINCA Azerbaijanın böyük məbləğdə vergi borcu yarandı

"FINCA Azerbaijan"ın böyük məbləğdə vergi borcu yarandı

  • 19 noyabr 2026, 09:51

"FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 50 min manata yaxın borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, hazırda "FINCA Azerbaijan" BOKT-un borcu 49 669 manat təşkil edir.

“Finca Azərbaycan" 1998-ci ildə yaradılıb. Mikromaliyyə təşkilatının 3,8 milyon manat nizamnamə kapitalı var və 100%-i Niderlandda qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

2026-cı ilin I yarısının yekunlarına görə, kredit təşkilatı 1 milyon manat xalis mənfəət əldə edib. Bu il iyulun əvvəlinə "FINCA Azerbaijan"ın aktivləri ilin əvvəlinə nisbətən 0,5% çox – 75,4 milyon manat, o cümlədən kredit portfeli 3,3% az – 60,9 milyon manat təşkil edib.

Skat.az - Ev və Avtomobil elanları