SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Meqa Həyat Sığorta 9 ayda 3 milyon manatdan çox xalis mənfəət əldə edib

"Meqa Həyat Sığorta" 9 ayda 3 milyon manatdan çox xalis mənfəət əldə edib

  • 17 noyabr 2026, 22:01

"Meqa Həyat Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 3,4 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% çoxdur.

Bu il oktyabrın əvvəlinə "Meqa Həyat Sığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 2,7% çox – 45,8 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 27,7 milyon manat (6,1% az), balans kapitalı isə 18,1 milyon manat (19,75% çox), o cümlədən nizamnamə kapitalı 11 milyon manat (dəyişməyib) olub.

Skat.az - Ev və Avtomobil elanları