"Atəşgah Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 1,1 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
Bu il oktyabrın əvvəlinə "Atəşgah Sığorta "nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 16,4% çox – 80,7 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 62,5 milyon manat (19% çox), balans kapitalı isə 18,2 milyon manat (8,35% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.