SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
ABB sədrinin müavininə yeni müşavir təyin olundu

ABB sədrinin müavininə yeni müşavir təyin olundu

  • 16 noyabr 2026, 11:56

Azərbaycan Beynəlxalq Bankının (ABB) sədrinin müavininə yeni müşavir təyin olundu.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Məzahir Dadaşov İdarə Heyəti sədrinin müavini – baş risk inzibatçısının müşaviri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl, 2019-cu ilin noyabrından 2026-cı ilin oktyabrınadək ABB-nin Maliyyə monitorinqi və komplayens departamentinin direktoru olub.

Məzahir Dadaşov 2011-ci ilin mayından 2019-cu ilin noyabrınadək bankın Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsini tutub.

Onun ABB-də əvvəlki fəaliyyətinə 2010-2011-ci illərdə Strateji inkişaf departamentinin direktor müavini və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə komplayens əməkdaşı, 2009-2010-cu illərdə Audit Komitəsinin üzvü, 2006-2009-cu illərdə isə Audit Komitəsinin sədri vəzifələri daxildir.

M.Dadaşov 2001-ci ilin mayından 2006-cı ilin iyulunadək ABB-nin Daxili audit departamentinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı Aqşin Əmirovdur.

Məzahir DadaşovMəzahir Dadaşov

Skat.az - Ev və Avtomobil elanları