SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi

Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — səhmləri Azərbaycan dövlətinə məxsus olan və bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət.

Tarixi
“ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 83 ofisi ilə Bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 17 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2.6 milyondan çoxdur. Bankda 3700-dən çox işçi çalışır.

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

ABB səhmdarları
“Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2024-cü il tarixli sərəncamına əsasən, 11 iyun – 24 sentyabr 2024-cü il tarixlərində ABB səhmlərinin kütləvi təklif üsulu ilə emissiyası uğurla həyata keçirilib. Proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. Emissiya prosesi nəticəsində ABB səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Bankda özəl səhmdar payı 7,8%-ə qədər yüksəlib.

Xidmətlər
ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir. Eyni zamanda iri, kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə fəal dəstək verir.

1996-cı ildə ABB “AzəriKard” prosessinq şirkətini təsis etməklə ölkədə kart-prosessinq fəaliyyətinin əsasını qoyub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ABB Xankəndidə filialını açan ilk bank olub. [1]

1997-ci ildə Bank "VISA" və "MasterCard", sonrakı illərdə "American Express", Union Pay, Diners Club, JCB beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığa başlayıb. Hazırda ABB ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin fərqli kart çeşidlərini təklif edir. Bu bank müştərilərə "American Express" ödəniş kartlarını təklif edən, həmçinin JCB kartları ilə əməliyyat imkanı yaradan ilk və yeganə Azərbaycan Bankıdır.

2002-ci ildə, Bank Rusiya Federasiyasında törəmə müəssisəsini təsis edib. Rusiyadakı törəmə müəssisə hazırda “ABB-Moskva Bankı” adı altında fəaliyyət göstərir.

2019-cu ildə ABB müştərilərə investisiya xidmətləri göstərən ABB İnvest şirkətini yaradıb və qısa müddət sonra ABB mobile tətbiqi üzərindən investisiya və sığorta fəaliyyətini hər kəsə əlçatan edib.

2019-cu ildə ABB ölkəmizin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan tələbatı nəzərə alaraq ABB Tech Akademiyasını, 2020-ci ildə isə ABB İnnovasiya Mərkəzini qurub.

2019-cu ildə ABB çoxfunksiyalı TamKart məhsulunu təqdim edib və böyük partnyor şəbəkəsi formalaşdırıb.

2023-cü ildə ABB həm rəqəmsal, həm real təcrübə ilə əldə edilən Tam DigiCard məsulunu, həmçinin DigiDeposit məhsulunu bazara təqdim edib.

ABB korporativ müştərilər üçün 2022-ci ildə İnternet Bankçılıq platformasını yaradıb. Hazırda korporativ müştərilərə aid əməliyyatların 96%-dən çoxu rəqəmsal formada həyata keçirilir.

ABB 2024-cü ildə kiçik sahibkarlar üçün ABB Biz tətbiqini istifadəyə verib.

ABB ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 995-dən çox ATM-i, ticarət və xidmət müəssisələrində 16 minə yaxın POS terminalı var.

Azərbaycanda pensiya və əməkhaqqı ödənişlərinin plastik kartlarla ödənişi ilk dəfə məhz ABB tərəfindən həyata keçirilib.

Müştərilərin rahatlığını düşünərək ABB ölkədə ilk dəfə olaraq Randevü xidmətini yaradıb. Bu xidmət müştərilərə filiallarda növbəyə dayanmadan görüş təyin etmək, xidmət vaxtını əvvəlcədən müəyyənləşdirmək imkanı verir. Müştərilər bu xidmətdən internet üzərindən, yaxud telefon zəngi ilə faydalanırlar.

Müşahidə Şurası
ABB-nin Müşahidə şurasına aşağıdakı üzvlər daxildir:

Sədr: Şahmar Arif oğlu Mövsümov
Emin Zamin oğlu Hüseynov
Xalid Nurəddin oğlu Əhədov
Mətin Balasən oğlu Eynullayev
Fəxri Yaşar oğlu İsmayılov
Məcid Həsən oğlu Məmmədov
Rüfət Rəhim oğlu Əlimərdanov
İdarə heyəti
ABB-nin İdarə Heyətinə yeddi üzv daxildir:

Sədr: Abbas İbrahimov
Sədrin birinci müavini: İlham Həbibullayev
Sədr müavini: Vasif Əhmədov
Sədr müavini: Taleh Tahirli
Sədr müavini: Aqşin Əmirov
Sədr müavini: Nəbi Əliyev
Sədr müavini: Elmir Həbibullayev
Fəaliyyət
Qarşılıqlı partnyorluq münasibətləri
“VISA PayWave” və “Mastercard PayPass”, NFC, Payment Rings ödəniş texnologiyalarını ölkəmizdə ilk dəfə məhz ABB tətbiq etməyə başlayıb.

VISA ilə tərəfdaşlıq çərçivəsində “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin tətbiqi də ölkəmizdə yeganə olaraq ABB-nin adı ilə bağlıdır.

2002-ci ildə, Bank Rusiya Federasiyasında törəmə müəssisəsini təsis edib. Rusiyadakı törəmə müəssisə hazırda “ABB-Moskva Bankı” adı altında fəaliyyət göstərir.

2019-cu ildə İtaliyanın “Yuventus” futbol klubunun regional partnyoru olan ABB klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib.

Mükafatlar
“Euromoney”, “Global Finance”, “The Banker” nəşrləri müxtəlif illərdə ABB-ni ölkə üzrə ilin ən yaxşı bankı seçib.

ABB 2023-cü ildə də “The Banker” jurnalının, 2024-cü ildə “Euromoney” jurnalının “İlin ən yaxşı bankı” mükafatına layiq görülüb.

2024-cü ildə “The Brandon Hall Group” beynəlxalq təşkilatı ABB-ni istedadların idarə olunması, həmçinin öyrənmə və inkişaf sahəsində 2 Mükəmməllik Mükafatına layiq görüb.

2024-cü ildə “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatı ABB-yə “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatını təqdim edib.

Korporativ sosial məsuliyyət layihələri
ABB vətəndaşlıq məsuliyyəti dəyərinə sadiq qalaraq Azərbaycanda təhsil və innovasiyaların, idmanın inkişafına dəstək verir, ölkə və cəmiyyət həyatı üçün bir çox əhəmiyyətli məsələlərin dəstəklənməsində həmrəylik göstərir.

Azərbaycanda innovasiyaların inkişafına dəstək, əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin yetişdirilməsi məqsədilə bir sıra sosial layihələr həyata keçirən Bank 2019-cu ildə ABB Tech Akademiyasını yaradıb.

Beynəlxalq reytinqlər
Fitch Ratings Uzunmüddətli emitentin defolt reytinqi – BB; Qısamüddətli emitentin defolt reytinqi –B; Dayanıqlıq reytinqi – bb; Dövlət dəstəyi reytinqi – ns; Proqnoz – Pozitiv

Moody's

Uzunmüddətli depozit reytinqi - Ba2; Qısamüddətli depozit reytinqi – NP; Kredit ödəmə qabiliyyəti reytinqi - ba3; Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqi - ba3; Uzunmüddətli qarşı tərəfin risk reytinqi - Ba1; Qısamüddətli qarşı tərəfin risk reytinqi – NP; Proqnoz – Pozitiv

Azərbaycanda unikal bank səhmdarlarının sayının açıqlanması təklif olunur
Maliyyə
07.09.2026 11:57
Azərbaycanda unikal bank səhmdarlarının sayının açıqlanması təklif olunur
Dövlət bankı xidmət şəbəkəsinə “əl gəzdirib”
Biznes
04.09.2026 11:14
Dövlət bankı xidmət şəbəkəsinə “əl gəzdirib”
Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının sayı 2%-ə yaxın azalıb
Maliyyə
03.09.2026 18:22
"Azərbaycan Beynəlxalq Bankı"nın səhmdarlarının sayı 2%-ə yaxın azalıb
Azərbaycanda bankirlərin 15%-ə yaxını ABB-də işləyir
Maliyyə
03.09.2026 16:03
Azərbaycanda bankirlərin 15%-ə yaxını ABB-də işləyir
ABB-nin səhmlərinə “PAŞA Kapital” da ortaq oldu
Maliyyə
01.09.2026 17:49
ABB-nin səhmlərinə “PAŞA Kapital” da ortaq oldu
Ekspert: Azərbaycanın bank sektorunda konsolidasiya başlayıb
Maliyyə
31.08.2026 09:32
Ekspert: "Azərbaycanın bank sektorunda konsolidasiya başlayıb"
ABB-nin bankomatında problem: Müştərinin pulu içəridə qaldı
Biznes
26.08.2026 19:33
ABB-nin bankomatında problem: Müştərinin pulu içəridə qaldı
ABB “Bank BTB”ni filialları ilə birlikdə “udub”
Maliyyə
26.08.2026 13:35
ABB “Bank BTB”ni filialları ilə birlikdə “udub”
ABB-nin fəaliyyətini Maliyyə Nazirliyi də “müşahidə edəcək”
Biznes
21.08.2026 11:44
ABB-nin fəaliyyətini Maliyyə Nazirliyi də “müşahidə edəcək”
SOCAR AZAL-dan borc alıb
İqtisadiyyat
21.08.2026 10:02
SOCAR AZAL-dan borc alıb
Ən yaxşı bank tətbiqi - SORĞUNUN NƏTİCƏLƏRİ
Maliyyə
17.08.2026 09:02
Ən yaxşı bank tətbiqi - SORĞUNUN NƏTİCƏLƏRİ
ABB-dən rəqib bankların müştərilərinə “hücum” – yeni kampaniya başladı
Maliyyə
14.08.2026 18:42
ABB-dən rəqib bankların müştərilərinə “hücum” – yeni kampaniya başladı
Banklar nə qədər qazandı? – Xalis mənfəət üzrə CƏDVƏL
Maliyyə
14.08.2026 10:21
Banklar nə qədər qazandı? – Xalis mənfəət üzrə CƏDVƏL
“PAŞA Bank” və “Xalq Bank” mənfəət vergisi ödəmələrini azaldıb - CƏDVƏL
Maliyyə
13.08.2026 12:47
“PAŞA Bank” və “Xalq Bank” mənfəət vergisi ödəmələrini azaldıb - CƏDVƏL
Azərbaycanda 8 bank xüsusi ehtiyatlara ayırmaları azaldıb - CƏDVƏL
Maliyyə
12.08.2026 09:18
Azərbaycanda 8 bank xüsusi ehtiyatlara ayırmaları azaldıb - CƏDVƏL
Əməliyyat mənfəəti artan və azalan banklar - CƏDVƏL
Maliyyə
11.08.2026 09:06
Əməliyyat mənfəəti artan və azalan banklar - CƏDVƏL
Qeyri-faiz xərcləri yalnız “PAŞA Bank” və “Bank VTB Azərbaycan”da AZALDI - CƏDVƏL
Maliyyə
10.08.2026 09:43
Qeyri-faiz xərcləri yalnız “PAŞA Bank” və “Bank VTB Azərbaycan”da AZALDI - CƏDVƏL
Azərbaycan Beynəlxalq Bankı” şöbələrindən birini köçürür Bank BTB”-nin baş ofisinə
Biznes
07.08.2026 20:33
"Azərbaycan Beynəlxalq Bankı” şöbələrindən birini köçürür "Bank BTB”-nin baş ofisinə
Kapital Bank faiz xərclərinə qənaət edən yeganə bankdlr - CƏDVƏL
Maliyyə
07.08.2026 10:33
"Kapital Bank" faiz xərclərinə qənaət edən yeganə bankdlr - CƏDVƏL
Bankların əməliyyat xərcləri nə qədər artıb? - CƏDVƏL
Maliyyə
06.08.2026 12:39
Bankların əməliyyat xərcləri nə qədər artıb? - CƏDVƏL
“PAŞA Bank”, Xalq Bank və  “Yelo Bank”ın  qeyri-faiz gəlirlərində KƏSKİN AZALMA
Maliyyə
05.08.2026 10:41
“PAŞA Bank”, "Xalq Bank" və “Yelo Bank”ın qeyri-faiz gəlirlərində KƏSKİN AZALMA
Faiz gəlirləri aşıb-daşan banklar - CƏDVƏL
Maliyyə
04.08.2026 09:42
Faiz gəlirləri "aşıb-daşan" banklar - CƏDVƏL
“PAŞA Bank və Xalq Bankın əməliyyat gəlirlərində milyonlarla manat AZALMA - CƏDVƏL
Maliyyə
03.08.2026 08:56
“PAŞA Bank" və "Xalq Bank"ın əməliyyat gəlirlərində milyonlarla manat AZALMA - CƏDVƏL
Marketlər m10 ilə ödənişlərdən imtina edir
Biznes
31.07.2026 19:31
Marketlər m10 ilə ödənişlərdən imtina edir
Nizamnamə kapitalını artıran banklar - CƏDVƏL
Maliyyə
31.07.2026 11:22
Nizamnamə kapitalını artıran banklar - CƏDVƏL
“PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL
Maliyyə
30.07.2026 09:42
“PAŞA Bank”, “Xalq Bank” və “Express Bank”ın balans kapitalında AZALMA - CƏDVƏL
“Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL
Maliyyə
28.07.2026 09:27
“Bank Respublika” depozit portfeli ən çox azalan bankdır - CƏDVƏL