“Azəriqaz” İstehsalat Birliyi vətəndaşa böyük məbləğdə borc yazıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, qurum Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən sayğac vasitəsi ilə istifadə olunan debitor borc üzrə 3468 manat və 55 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutulmasını xahiş edib.
“Azəriqaz” İB bildirir ki, abonent arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında fərdi yaşayış evi təbii qazla təchiz edilib.
Cavabdeh 2020-ci ilin avqust ayında 19 manat ödəniş edib, 2020-ci ilin dekabr ayında 2859 manat sərfiyyat borcu, 2021-ci il üzrə 3125 manat sərfiyyat borcu olsa da, həmin il üzrə 154 manat ödəniş edib.
Bundan başqa, 2022-ci il üzrə 3130 manat sərfiyyat borcu olsa da, həmin il üzrə 316 manat, 2023-cü il üzrə 3199 manat borca qarşılıq 249 manat, 2024-cü il üzrə 3233 manat sərfiyyat borcuna qarşılıq cəmi 355 manat, 2025-ci il üzrə 3395 manat sərfiyyat borcuna qarşılıq 90 manat, 2026-cı il üzrə 3468 manat sərfiyyat borcuna qarşılıq cəmi 60 manat ödəniş edib. İstehlakçı yalnız qaz sayğacından təbii qazdan istifadə edib və sərfiyyat borcunu ödəməyib.
Cavabdehin hazırkı borcu AGİS üzrə 3468 təşkil edib.
Məhkəmə iddia tələbini təmin edib.