SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Ceyhun Atayev yüksək vəzifəyə getdi, yerinə Elmir Məmmədli gəldi

Ceyhun Atayev yüksək vəzifəyə getdi, yerinə Elmir Məmmədli gəldi

  • 01 noyabr 2026, 09:24

Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham Azerbaijan) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında (AFchamber) rəhbər vəzifəyə yeni təyinatlar olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, "AmCham Azerbaijan"ın Davamlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini Ceyhun Atayev vəzifəsini başa çatdırıb. O, "AFchamber"in idarəedici direktoru təyin edilib.

"AmCham Azerbaijan"ın Davamlı İnkişaf və Korporativ Təsir Komitəsinin sədr müavini vəzifəsinə isə Elmir Məmmədli təyin olunub.

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan ilə Fransa arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.

"AmCham Azerbaijan" isə 1996-cı ildə yaradılıb. Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 270-dən çox üzv şirkəti var.

Ceyhun AtayevCeyhun Atayev

Elmir MəmmədliElmir Məmmədli

Skat.az - Ev və Avtomobil elanları