SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
iPhone olanların diqqətinə: Apple istifadəçilərinin hesabları ələ keçirilir

iPhone olanların diqqətinə: "Apple" istifadəçilərinin hesabları ələ keçirilir

  • 31 oktyabr 2026, 22:16

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.

MKA-dan Yurd.Media-ya bildirilib ki, "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.

Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, "WhatsApp" və "Telegram" hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

• “iPhone”, “iPad” və “Mac” cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;

• Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın;

• Avtomatik sistem yeniləmələrini aktiv edin.

Skat.az - Ev və Avtomobil elanları