SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
DİN: Gəncədə özbaşına yolu zəbt edənlər barəsində tədbirlər görüləcək

DİN: "Gəncədə özbaşına yolu zəbt edənlər barəsində tədbirlər görüləcək"

  • 31 oktyabr 2026, 19:12
Gəncə

Polis yolun hərəkət hissəsinin zəbt olunmasının qarşısının alınması məqsədilə mütəmadi profilaktik tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yurd.Media-nın sorğusuna cavab olaraq bildirib ki, polis tərəfindən piyada keçidlərinin, səkilərin və yolun hərəkət hissəsinin zəbt olunmasının qarşısının alınması məqsədilə mütəmadi profilaktik tədbirlər həyata keçirilir. 

"Qanun pozuntusu aşkarlandıqda müvafiq tədbirlər görülür və ərazilərdə quraşdırılmış maneələr götürülür. Əgər bəzi işbazların edilən xəbərdarlığa baxmayaraq yenidən qaydaları pozduqları aşkarlanarsa bununla bağlı qanunvericiliyə uyğun şəkildə müvafiq tədbirlər görüləcək", - deyə E.Qasımov qeyd edib.

Qeyd edək ki, daha əvvəl Gəncədə bəzi təkər təmiri məntəqələrinin fəaliyyəti zamanı avtomobil yollarının bir hissəsinin zəbt edilməsi, yollara müxtəlif əşyalar qoyularaq hərəkətə maneələr yaradılması ilə bağılı material dərc olunmuşdu.

Skat.az - Ev və Avtomobil elanları