"Assist Finance" İnvestisiya Şirkətində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Tofiq Kərimov şirkətdə beynəlxalq bazarlar üzrə rəhbər vəzifəsinə təyin olunub.
O, eyni zamanda Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) Xarici Bazar üzrə Komitə sədridir.
T.Kərimov yeni təyinatdan əvvəl “Inno Capital Investment Company” şirkətində layihə meneceri vəzifəsində çalışıb. Bu müddətdə şirkətin sərvətlərin idarə edilməsi istiqamətinin yaradılması, investisiya məhsullarının hazırlanması və tərəfdaşlıqların qurulması ilə məşğul olub.
Tofiq Kərimov 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək “CFI Financial Group”da maliyyə bazarları üzrə analitik, 2024-cü ilin avqustundan oktyabrınadək isə “PASHA Capital”da treyder vəzifəsində işləyib.
O, 2018-ci ilin iyunundan 2021-ci ilin avqustunadək “Bank BTB” ASC-də xəzinədarlıq üzrə baş analitik, 2016-cı ilin avqustundan 2018-ci ilin yanvarınadək Bolqarıstanda fəaliyyət göstərən “Alaric Securities” şirkətində xüsusi ticarət əməliyyatları üzrə treyder olub.
Bundan əlavə, Tofiq Kərimov 2021-ci ilin mayından “STA Interior Solutions” MMC-nin təsisçisi və direktoru kimi də fəaliyyət göstərir. Şirkət fərdi dizaynlı mebellərin, otaq qapılarının və pəncərə sistemlərinin hazırlanması sahəsində ixtisaslaşıb.
Onun əvvəlki təcrübəsinə “ABB”də aktiv və passivlərin idarə edilməsi istiqamətində təcrübə proqramı, “Expat Capital” şirkətində səhmlər üzrə araşdırma analitiki, Bolqarıstan Fond Birjasında səhmlər üzrə analitik və Bolqarıstandakı Amerika Universitetində müəllim assistenti vəzifələri də daxildir.
Tofiq Kərimov