SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyidə yeni təyinat

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"də yeni təyinat

  • 31 oktyabr 2026, 21:31

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, ASCO-nun İstehsalat Xidmətləri İdarəsinə Satınalma üzrə menecer təyin olunub.

Müvafiq əmrlə bu vəzifə Əziz Əzizzadəyə həvalə olunub.

Əziz Əzizzadə bundan əvvəl 2025-ci ilin sentyabrından 2026-cı ilin avqustunadək “Makro2000 Group of Company” şirkətində anbar müdiri vəzifəsində işləyib.

O, 2022-ci ilin fevralından 2025-ci ilin sentyabrınadək “AzInTelecom” MMC-də bölmə rəhbəri olub. Bu müddətdə müəssisənin anbar təsərrüfatının idarə olunması, mal-materialların qəbulu, saxlanması və təhvil verilməsi, inventarizasiyanın təşkili, anbar əməliyyatlarının uçotunun aparılması və hesabatların hazırlanması ilə bağlı işlərə nəzarət edib.

Əziz Əzizzadə 2016-cı ilin iyulundan 2022-ci ilin fevralınadək isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzində anbar müdiri vəzifəsində çalışıb. Burada mal-materialların qəbulu və uçotu, anbar qalıqlarının izlənilməsi, inventarizasiya və müvafiq hesabatların hazırlanması ilə məşğul olub.

Əziz ƏzizzadəƏziz Əzizzadə

Skat.az - Ev və Avtomobil elanları