SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi

Xəzər Dəniz Gəmiçiliyi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti.

Haqqında
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 165 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir.

Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir.

Tarixi
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Təbii ki, həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan "Aleksandr" barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker — "Zərdüşt" də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli "Vandal" (1903-cü il), ilk reversivli iki mühərriklə çalışan "Delo" (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb.

Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur. Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir.

Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına "çay-dəniz" tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir. 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında o dövr üçün Avropada ən böyük Bakı — Türkmənbaşı gəmi-bərə keçidi işə salınır.

1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa — Balt kanalı vasitəsilə dünya sularına çıxmağa başlayır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti isə Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycanda mövcud olan iki böyük donanmanın — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

İki donanmanın birləşdirilməsində məqsəd dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılmasına və ölkənin tranzit potensialının gücləndirilməsinə nail olmaqdır.

Xəzər Dəniz Neft Donanmasının da 60 ildən artıq bir dövrü əhatə edən tarixi şanlı səhifələrlə zəngindir. SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli "Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında" sərəncamı ilə "Azərneft" birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə "Üzən vasitələr" idarəsi yaradılır. Xəzər Dəniz Neft Donanmasının inkişafı məhz bu tarixdən başlanır. Həmin dövrdə "Artyomneft" və "Stalinneft" dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçirilir. Bunlar əsas etibarilə "Transportnik", "Qəbələ", "BMK-90" tipli kiçik həcmli katerlər, özühərəkətetməyən 20 tonluq üzən kranlar və barjlar idi.

ASCO-dan çıxıb özəl sektora keçdilər - FOTO
Ölkə
29.09.2026 14:49
ASCO-dan çıxıb özəl sektora keçdilər - FOTO
ASCO-nu bir ildə 1700-ə qədər işçi tərk edib
İqtisadiyyat
04.09.2026 16:05
ASCO-nu bir ildə 1700-ə qədər işçi tərk edib
ASCO I yarımildə 23 milyon manatdan çox mənfəət əldə edib
Maliyyə
04.09.2026 12:23
ASCO I yarımildə 23 milyon manatdan çox mənfəət əldə edib
SOCAR AZAL-dan borc alıb
İqtisadiyyat
21.08.2026 10:02
SOCAR AZAL-dan borc alıb
Bu 3 böyük dövlət qurumu da AZCON-a həvalə edildi
Ölkə
06.08.2026 20:01
Bu 3 böyük dövlət qurumu da AZCON-a həvalə edildi
ASCO-da yeni rəis təyinatı
Ölkə
19.07.2026 14:49
ASCO-da yeni rəis təyinatı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən il 18 milyon manata yaxın zərər edib
Maliyyə
13.07.2026 12:16
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ötən il 18 milyon manata yaxın zərər edib
Azərpoçt rəhbərliyində növbəti dəyişiklik
Ölkə
22.06.2026 14:37
"Azərpoçt" rəhbərliyində növbəti dəyişiklik
ASCO-da rəis postunu tutan şəxs işdən uzaqlaşdırıldı
Ölkə
02.04.2026 18:56
ASCO-da rəis postunu tutan şəxs işdən uzaqlaşdırıldı
Xəzərə çirkab suların axıdılmasının qarşısının alınması ilə bağlı TƏDBİRLƏR PLANI hazırlanır
Ekologiya
27.01.2026 22:56
Xəzərə çirkab suların axıdılmasının qarşısının alınması ilə bağlı TƏDBİRLƏR PLANI hazırlanır
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində sədr DƏYİŞİKLİYİ
İqtisadiyyat
16.01.2026 17:14
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində sədr DƏYİŞİKLİYİ
Dövlət şirkəti yeni ilə 20 milyon dollardan çox yeni borcla keçib
Ölkə
07.01.2026 16:21
Dövlət şirkəti yeni ilə 20 milyon dollardan çox yeni borcla keçib
ASCO-nun beş gəmisi ötən il sanksiyalara məruz qalıb
İqtisadiyyat
06.01.2026 18:17
ASCO-nun beş gəmisi ötən il sanksiyalara məruz qalıb
ASCO-nun “xərci borcunu ödəməməyə başlayıb”
İqtisadiyyat
06.01.2026 17:07
ASCO-nun “xərci borcunu ödəməməyə başlayıb”
Xəzər Dəniz Gəmiçiliyi sədrinin birinci müavini işdən azad olunub
Ölkə
13.10.2025 21:34
"Xəzər Dəniz Gəmiçiliyi" sədrinin birinci müavini işdən azad olunub
Dövlət vəsaitinin yeyintisi üçün 300-ə qədər şirkət yaradan şəxsə HÖKM OXUNDU
Kriminal
07.10.2025 19:09
Dövlət vəsaitinin yeyintisi üçün 300-ə qədər şirkət yaradan şəxsə HÖKM OXUNDU
AZCON Holding”in əksər şirkətləri maliyyə göstəricilərini gizlədir
İqtisadiyyat
03.09.2025 15:04
"AZCON Holding”in əksər şirkətləri maliyyə göstəricilərini gizlədir