SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərpoçt rəhbərliyində növbəti dəyişiklik

"Azərpoçt" rəhbərliyində növbəti dəyişiklik

  • 22 iyun 2026, 14:37

2021-ci ildə "Azərpoçt"da baş direktorun müavini təyin edilən şəxs işdən uzaqlaşdırılıb.

Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan "Azərpoçt" MMC-nin rəhbərliyində növbəti dəyişiklik olub.

Qurumun İdarə heyətinin sədrinin müavini Xəyyam Əlizadə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, X.Əlizadə 2021-ci ildə "Azərpoçt"da baş direktorun müavini təyin edilib. Həmin vaxtlarda "Azərpoçt"un rəhbəri hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) idarə heyətinin sədri olan Əfqan Cəlilov olub. 2022-ci ildə şirkətin idarəetmə forması dəyişdiriləndən sonra X.Əlizadə qurumda İdarə heyətinin sədrinin müavini vəzifəsini tutub. 

Xatırladaq ki, bundan bir müddət öncə (bu ilin aprel ayında) "Azərpoçt"un idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb. Onun yerinə Manaf Babayev qurumun idarə heyətinin sədri təyin edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları