SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Müştəri az, balığın qiyməti isə artır - VİDEO

Müştəri az, balığın qiyməti isə artır - VİDEO

  • 15 noyabr 2026, 20:13

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar.

Yurd.Media-nın məlumatına görə, "Xəzər Xəbər"ə bildiriblər ki, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşma müşahidə olunur. Yerli balıqlar isə əsasən əvvəlki qiymətlərlə satılır.

Satıcılar deyirlər ki, qiymət artımı əsasən forel balığında hiss olunur.

Satıcıların sözlərinə görə, balığın bazara az sayda çıxması da onun qiymətinə təsir edir.

Satıcıların fikrincə, qiymət artımından əlavə, alıcılıq qabiliyyətinin zəifləməsi də satışa mənfi təsir göstərir. Onlar ötən illə müqayisədə bu il müştərilərin daha az alış-veriş etdiyini bildirirlər.

Satıcılar hesab edirlər ki, məhsul xaricdən daha çox gətirilərsə, qiymətlərdə enmə müşahidə edilə bilər.

Müştəri az, balığın qiyməti isə artır - VİDEO
Skat.az - Ev və Avtomobil elanları