Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tabeliyində olan əksər dövlət şirkətləri maliyyə göstəricilərini gizlədir.
Yurd.Media apardığı araşdırmaya görə, Holdinqə daxil olan iri nəqliyyat müəssisələri – “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lər 2024-cü ilin maliyyə (audit) hesabatını açıqlamayıblar.
“Bakı Metropoliteni” QSC ictimaiyyətə sonuncu dəfə 2020-ci ilin, “BakuBus” MMC isə 2016-cı ilin maliyyə göstəricilərini elan edib.
“Aztelekom” MMC-nin internet səhifəsndə son hesabat 2022-ci ilə aiddir.
“AzIntelecom” və “Azərpoçt” MMC-lərin, eləcə də “Teleradio” İstehsalat Birliyinin isə saytlarında isə ən yaxşı halda 2023-cü ilin maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.
“Bakı Gəmiqayırma Zavodu” və “Bakı Taksi Xidməti” MMC-lər isə indiyə qədər ümumiyyətlə hesabat verməyiblər.
Yalnız Kosmik Agentlik (“Azərkosmos”) 2024-cü ilin maliyyə hesabatını verib və həmişəki kimi zərərlə işlədiyini bəyan edib.