SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt

Azərbaycan Dəmir Yolları

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.

"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir.

Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir.

Azərbaycanda dəmiryolu tarixi
1878–1917
Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi.

1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı.

1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu xətti işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batumi limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batumiyə dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batumi yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.


Bakı Dəmir Yolu Vağzalı

Bakıda dəmiryolu stansiyasının dezinfeksiya prosesi (1892)
1899-cu ildə Tiflis-Qars dəmir yolu (uzunluğu 282 verst) istismara verildi və elə həmin il bu yolun üzərindəki Aleksandropol (Gümrü) stansiyasından İrəvana (uzunuluğu 147 verst), oradan da Culfaya (uzunluğu 177 verst) doğru dəmir yolu xətlərinin tikintisinə başlandı. 1900-cü ildə Bakı-Dərbənd dəmir yolu işə salındı (uzunuluğu 217 verst). Bununla Cənubi Qafqaz dəmir yolu Vladiqafqaz dəmir yolu ilə birləşdi və onun vasitəsilə Ümumrusiya dəmir yolu şəbəkəsinə qoşuldu, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla Mərkəzi Rusiya arasında müntəzəm nəqliyyat vasitəsi yaradıldı.

1918–1990
17 avqust 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin verdiyi qərara əsasən Azərbaycan Dəmir Yolları 1 iyun 1918-ci il tarixindən etibarən Azərbaycan nəzarətinə keçmiş hesab olunmuşdur.[4] 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən biri Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi idi. Nazirliyin tərkibində başqa idarələrlə bərabər, Azərbaycan Dəmir Yolu İdarəsi və Azərbaycan Dəmir Yolunun Mühafizəsi İdarəsi yaradıldı. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olundu. Sonrakı dörd hökumət kabinələrində də yollar naziri vəzifəsini X. Məlik-Aslanov tutub.


Azərbaycanın sovet dövrü dəmiryolu xəritəsi
1926-cı il iyulun 6-da Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. Əhalinin tələbatı o qədər yüksək idi ki, təkcə 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı.

1955-ci ildə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu statusu aldı. Azərbaycan polad magistralı öz fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil edilib, sonradan isə müstəqil dəmir yolu kimi faəliyyət göstərib. O cümlədən, Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il tarixli qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib.

1979-cu ildə Ağdam–Xankəndi dəmir yolu inşa olundu. Bu layihə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildi. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi.

1991-indiyədək
1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Dəmir Yolları yaradıldı.

Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər ilin məhz oktyabrın 13-ü qeyd edilir.

20 iyul 2009-cu il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.

2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildi. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb.

2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk "Stadler" qatarı yola düşdü. "Azərbaycan Dəmir Yolları" QSC İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirməkdədir.

2018-ci ildə Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə başlanılıb və 2021-ci ilin may ayında xəttin rəsmi açılışı olub. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.


Bakı-Sumqayıt sürət qatarı (2016)

Bakıxanov stansiyası
2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verildi. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verildi.

2024-cü ilin oktyabrında qatarlarda pulsuz internetə çıxış yaranıb. Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda ADY Free şəbəkəsinin sınaqlar keçirilib.

Bakıdan Qarsa çəkilən dəmir yolu - VİDEO
İnfrastruktur
03.06.2026 21:48
Bakıdan Qarsa çəkilən dəmir yolu - VİDEO
1 İYUN: Sevgi, qayğı və müdafiə günü
Sosial
01.06.2026 09:00
1 İYUN: Sevgi, qayğı və müdafiə günü
Gürcüstana gedən qatar gömrükdə daha az vaxt keçirəcək
Ölkə
29.05.2026 11:12
Gürcüstana gedən qatar gömrükdə daha az vaxt keçirəcək
Ermənistana 3 vaqon karbamid və un yola salındı
Ölkə
28.05.2026 17:32
Ermənistana 3 vaqon karbamid və un yola salındı
Bakıdan Tbilisiyə qatar biletləri 3 dəfədən çox bahalaşıb - FOTO
Ölkə
21.05.2026 17:13
Bakıdan Tbilisiyə qatar biletləri 3 dəfədən çox bahalaşıb - FOTO
Baş nazir də Gürcüstana qatar reysinə öz razılığını verdi
İnfrastruktur
20.05.2026 17:28
Baş nazir də Gürcüstana qatar reysinə öz razılığını verdi
Bakı–Tbilisi qatarının yola düşmə vaxtı və dayanacaq stansiyaları
Ölkə
19.05.2026 23:08
Bakı–Tbilisi qatarının yola düşmə vaxtı və dayanacaq stansiyaları
Gürcüstana dəmir yolu reyslərinin açılması gözlənilir
Ölkə
18.05.2026 21:43
Gürcüstana dəmir yolu reyslərinin açılması gözlənilir
Sumqayıtda da üztanıma ilə ödəniş mümkün olacaq
Sumqayıt
16.05.2026 21:39
Sumqayıtda da üztanıma ilə ödəniş mümkün olacaq
Bu stansiyalarda artıq üztanıma ilə ödəniş mümkündür - VİDEO
Bakı
15.05.2026 11:03
Bu stansiyalarda artıq üztanıma ilə ödəniş mümkündür - VİDEO
Bayram günlərində Qərb bölgəsində daha bir qatar reysi
Gəncə
14.05.2026 15:08
Bayram günlərində Qərb bölgəsində daha bir qatar reysi
Azərbaycandan Ermənistana 8 vaqon dizel yola salındı
Ölkə
09.05.2026 12:19
Azərbaycandan Ermənistana 8 vaqon dizel yola salındı
Bakıdan Ağdama qatar reysləri dayandırılacaq - SƏBƏB AÇIQLANDI
Ağdam
08.05.2026 16:04
Bakıdan Ağdama qatar reysləri dayandırılacaq - SƏBƏB AÇIQLANDI
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndəriləcək
İqtisadiyyat
03.05.2026 11:29
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndəriləcək
Azərbaycanda bu il qatarlar 4 nəfəri vurub
Hadisə
24.04.2026 21:37
Azərbaycanda bu il qatarlar 4 nəfəri vurub
Kürdəmir dəmiryol stansiyası istifadəyə verildi
Kürdəmir
18.04.2026 18:43
Kürdəmir dəmiryol stansiyası istifadəyə verildi
Azərbaycanda bu il 18 dəfə qatar sərnişinlərinin həyatı təhlükəyə atılıb
Ölkə
14.04.2026 22:13
Azərbaycanda bu il 18 dəfə qatar sərnişinlərinin həyatı təhlükəyə atılıb
Ağstafaya əlavə qatar reysi - Biletlərə 10 faiz endirim - CƏDVƏL
Ağstafa
13.04.2026 22:21
Ağstafaya əlavə qatar reysi - Biletlərə 10 faiz endirim - CƏDVƏL
Azərbaycandan Ermənistana 900 tona qədər dizel göndərildi
Ölkə
11.04.2026 14:23
Azərbaycandan Ermənistana 900 tona qədər dizel göndərildi
Bakı Limanı maliyyə göstəricilərini gizlədir
Bakı
06.04.2026 13:56
Bakı Limanı maliyyə göstəricilərini gizlədir
Balakən-Bakı qatarlar marşrutunda dəyişiklik - HƏRƏKƏT CƏDVƏLİ
Balakən
01.04.2026 18:58
Balakən-Bakı qatarlar marşrutunda dəyişiklik - HƏRƏKƏT CƏDVƏLİ
Sərnişinlər Qazax-Bakı qatarlarına bilet tapa bilmir - ADY-dən AÇIQLAMA
Ölkə
30.03.2026 14:52
Sərnişinlər Qazax-Bakı qatarlarına bilet tapa bilmir - ADY-dən AÇIQLAMA
Sürət qatarlarında internet problemi: Günahkar sərnişlər imiş
Ölkə
28.03.2026 16:21
Sürət qatarlarında internet problemi: "Günahkar" sərnişlər imiş
Hava şəraiti ilə əlaqədar qatarlarda gecikmə gözlənilir
Ölkə
28.03.2026 10:32
Hava şəraiti ilə əlaqədar qatarlarda gecikmə gözlənilir
Azərbaycan ərazisindən Ermənistana daha 5 vaqon Rusiya buğdası göndəriləcək
Ölkə
25.03.2026 11:14
Azərbaycan ərazisindən Ermənistana daha 5 vaqon Rusiya buğdası göndəriləcək
Bakı Metropolitenində kadr dəyişiklikləri
Ölkə
17.03.2026 13:07
"Bakı Metropoliteni"ndə kadr dəyişiklikləri
Bakıda bu parkın altında metro stansiyası olacaq
Bakı
02.03.2026 22:56
Bakıda bu parkın altında metro stansiyası olacaq