Azərbaycan Dəmir Yollarının Bakı-Qazax istiqamətində hərəkət edən sürət qatarında yaranmış texniki nasazlıq səbəbindən gecikmə qeydə alınıb.
Yurd.Media xəbər verir ki, nasazlıqla əlaqədar qatarın Gəncə Dəmiryolu Vağzalına nəzərdə tutulan vaxtdan təxminən 1 saat sonra çatıb.
Hazırda qatarın hərəkətinin davam etdiyi və gecikmənin texniki nasazlıqla əlaqədar olduğu qeyd olunur.
Qeyd edək ki, Bakı–Qazax–Bakı istiqamətində qatar reysləri gündəlik həyata keçirilir.