SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azəriqazda yeni TƏYİNATLAR

"Azəriqaz"da yeni TƏYİNATLAR

  • 03 noyabr 2026, 11:32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində yeni kadr təyinatı olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı "Azəriqaz"ın baş direktoru Azər Məmmədov müvafiq əmr imzalayıb.

Belə ki, əmrə əsasən, İqrar Cəbiyev Mühasibatlıq və Xəzinədarlıq şöbəsinin rəisi təyin olunub.

O, bu təyinata qədər "Azərbaycan Dəmir Yolları" QSC-də şöbə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl isə Zaur Kərimov Ətraf Mühit, Sağlamlıq və Təhlükəsizlik (SƏTƏMM) şöbəsinin rəisi, Fərid Niyazov Davamlılıq və beynəlxalq əməkdaşlıq şöbəsinin (Layihələr üzrə) rəhbəri, Asif Şükürov Rejimə nəzarət və dispetçer şöbəsinin rəisi, Nigar Niftəliyeva və Həsən Əzizov Rəqəmsal məhsulların idarəedilməsi şöbəsinin rəis müavini, Nicat Cəfərov İT infrastrukturu, aktivlər və xidmətlərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Azər MəmmədovAzər Məmmədov

Skat.az - Ev və Avtomobil elanları