SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycan Beynəlxalq Bankında yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Beynəlxalq Bankında yüksək vəzifəyə TƏYİNAT

  • 03 noyabr 2026, 13:19

Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni yüksək vəzifə təyinatı həyata keçirilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, uzun illər bank sektorunda fəaliyyət göstərən Fariz Rəhimov İcraçı direktor vəzifəsinə təyin edilib.  

Fariz Rəhimov 15 ildən artıqdır ABB-də çalışır. O, bankda Kredit Riskləri şöbəsinin müdiri (2011–2018), Direktor müavini (2018–2019), Risklərin İdarə Edilməsi Departamentinin direktoru (2019–2024) və Risk Ofisinin rəhbəri (2024–2026) kimi müxtəlif məsuliyyətli rəhbər vəzifələrdə çalışıb.  

O, ABB-dəki fəaliyyəti ilə yanaşı, "ABB İnvest"in Müşahidə Şurasının üzvü (2026-cı ildən) və "Azericard"ın Audit Komitəsinin üzvü (2023-cü ildən) kimi də fəaliyyət göstərir.

Fariz RəhimovFariz Rəhimov

Skat.az - Ev və Avtomobil elanları