SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bitki çaylarının dəmlənmə üsulları və gündəlik norması

Bitki çaylarının dəmlənmə üsulları və gündəlik norması

  • 03 noyabr 2026, 08:35

Bitki çayları çoxsaylı faydalı xüsusiyyətləri ilə seçilir və xüsusilə həzm pozğunluqlarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Lakin bu məhsullardan faydalanarkən doğru növlərin seçilməsi, müvafiq qaydada hazırlanması və nəzarətli şəkildə qəbul edilməsi zəruridir.

Yurd.Media xəbər verir ki, bu məsələ ilə bağlı türkiyəli qastroenteroloq və fitoterapiya mütəxəssisi Bülent Yaşar xəbərdarlıq edib.

O, bitki çaylarının həm müəyyən xəstəlik simptomlarını yüngülləşdirdiyini, həm də gündəlik sağlamlıq rejiminə faydalı təsir etdiyini ifadə edib.

"Həzm sistemi ilə bağlı narahatlıqların aradan qaldırılmasında çobanyastığı, nanə və ballınanə (melisa) çayları ön plana çıxır. Bunlardan əlavə, adaçayı, zəncəfil, cirə və razyana kimi bitkilər də həzm prosesinin asanlaşmasına kömək edir", - deyə mütəxəssis qeyd edib.

Bülent Yaşar bitki çaylarının hazırlanmasında dəmləmə və qaynatma olmaqla iki fundamental üsulun mövcud olduğunu bildib:

"Əsas etibarilə yarpaq və çiçək hissələrindən istifadə olunan bitkilər qaynadılmış və soyudulmuş suya əlavə edilərək dəmlənməlidir. Zəncəfil kimi kök tipli bitkilər isə əvvəlcə su ilə birgə qaynadılmalı, ardınca süzülərək içilməlidir".

Onun fikrincə, gün ərzində bitki çaylarından 1-3 stəkan qəbul etmək optimal hesab olunur.

"Həddindən artıq istehlak bitkilərin tərkibindəki maddələrə görə orqanizmdə müxtəlif yan təsirlərə yol aça bilər", - deyə mütəxəssis diqqət çəkib.

O, xüsusən çobanyastığı çayı ilə əlaqədar fərqli növlərin mövcudluğuna diqqət yetirməyin vacibliyini vurğulayıb:

"Xalq arasında may çobanyastığı adı ilə bilinən növü məsləhət görürük. Təbiətdə rast gəlinən hər çobanyastığı çay şəklində qəbul edilə bilməz; səhv növdən istifadə allergik reaksiyalara gətirib çıxara bilər", - deyə o açıqlayıb.

Mütəxəssis bitki çaylarının etibarlı və təsdiqlənmiş mənbələrdən əldə edilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib.

"İstehlakçılara bitki çaylarını satın alarkən mənşəyinə xüsusi diqqət yetirmələrini və mütəxəssis rəyi əsasında istifadə etmələrini tövsiyə edirik", - deyə o əlavə edib.

Skat.az - Ev və Avtomobil elanları