SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Sabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır - VİDEO

Sabirabadda yol bərbad vəziyyətdə: Maşınlar yolda qalır - VİDEO

  • 03 noyabr 2026, 14:25
Sabirabad

Sabirabad rayonunda Kür çayının sahili boyunca uzanan və yerli sakinlərin “Kür qırağı” adlandırdığı avtomobil yolu bərbad vəziyyətə düşüb.

Sakinlərin Yurd.Media-ya verdiyi məlumata görə, yolun xüsusilə Mürsəlli, Ulacalı və Bulduq kəndlərindən keçən hissələrində yaranan problemlər sürücülərin və sakinlərin gündəlik hərəkətini çətinləşdirir.

Kəndləri birləşdirən bu yol ərazidə yaşayan insanların istifadə etdiyi əsas nəqliyyat marşrutlarından biridir. Sakinlər gündəlik işlərini görmək, şəhər və rayon mərkəzinə getmək, eləcə də digər ehtiyaclarını qarşılamaq üçün məhz bu yoldan istifadə edirlər. Lakin yolun indiki vəziyyəti hərəkəti xeyli çətinləşdirib.

Yolboyu yaranan çalalar və nahamarlıqlar sürücülər üçün ciddi problemə çevrilib. Avtomobillər çalalardan keçərkən zədələnir, bəzi hallarda isə texniki nasazlıq səbəbindən yolda qalır.

Skat.az - Ev və Avtomobil elanları