SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycanın regionlarına təyyarə ilə niyə gedə bilmirik?

Azərbaycanın regionlarına təyyarə ilə niyə gedə bilmirik?

  • 29 iyun 2026, 14:38

Azərbaycan regionlarında 8-i beynəlxalq statuslu olmaqla 9 hava limanı olsa da, Bakıdan bunların yalnız birinə - Naxçıvana reyslər həyata keçirilir. Başqa sözlə, digər aeroportların yerləşdiyi şəhər və rayonlara yalnız qatar, avtobus və minik avtomobilləri ilə hərəkət etmək mümkündür, qısa müddətdə - təyyarə ilə getmək imkanı isə yoxdur. Halbuki, vaxtilə Bakıdan Gəncə, Lənkəran və Qəbələyə, 2024-2025-ci illərdə isə Füzuliyə uçuşlar var idi.

Bəs Azərbaycanın regionlarına təyyərə ilə niyə gedə bilmirik?

Yurd.Media-ya açıqlama verən maliyyəçi-ekspert Namiq Hüseynov hesab edir ki, mövcud vəziyyət daxili aviareyslərin özünü doğrultmaması – onlara tələbatın olmaması ilə bağlıdır:

“2 il bundan əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) 44 günlük Vətən müharibəsindən sonra inşa edilmiş Füzuli beynəlxalq hava limanına və əks istiqamətdə uçuşlara başlasa da, təxminən 1 ildir ki, bu reyslər dayandırılıb. Görünən odur ki, Bakıdan Füzuliyə 78 manata getmək istəyən tapılmadı. Bəlkə də qiymət 35-40 manat olsaydı həmin reyslərə tələbat olardı. Amma AZAL-ın kommersiya maraqları da nəzərə alınmalıdır”.

Ekspertin fikrincə, daxili aviareysləri yalnız Naxçıvan istiqamətində olduğu kimi dövlət büdcəsindən ayrılan subsidiya hesabına aktivləşdirmək olar:

“Məsələn, bu gün AZAL büdcədən subdisiya alaraq Bakıdan Naxçıvana (Füzulidən də artıq məsafəyə) 60 manata sərnişin daşıya bilir. Doğrudur, həmin biletlərə tələbatın yüksək olması həm də muxtar respublikanın hələ də blokada şəraitində olması ilə bağlıdır, amma istənilən halda bu aviareyslər özünü doğruldur, onunla təkcə naxçıvanlılar gedib gəlmir. Eyni addımı bir neçə illik digər bölgələrə uçuşlarla bağlı da atmaq olar. Yəni, AZAL-a şərait yaratmaq olar ki, digər regionlara hələlik 20-30 manatdan sərnişin daşısın. İnsanlar təyyarə ilə getməyin rahatlığını görəndən, başqa sözlə, bu reysləri həzm edəndən sonra qiymətləri yavaş-yavaş artırmaq və subsidiyanı kəsmək olar. Hər halda, bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) biznes sinifinə aid biletlərinə 100-150 manat ödəyən vətəndaşlarımız var. ADY sata bilirsə, AZAL niyə sata bilməsin? Bu, həm də dövlətə məxsus daşıyıcılar arasında rəqabət yaradar".

maliyyəçi-ekspert Namiq Hüseynovmaliyyəçi-ekspert Namiq Hüseynov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları