SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik

Azərbaycan Hava Yolları

Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcısı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir.

7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir.

Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir.[1]

İlham Əliyevin 7 noyabr 2024-cü ildə imzaladığı son fərmana əsasən aviaşirkət "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə verilmişdir.[2]

Tarix
1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır.

1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır.

1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.

1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılmışdır.

2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757–200 tipli təyyarələr almışdır.

2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə "Binə" hava limanı "Heydər Əliyev Beynəlxalq Aeroportu" adlandırılmışdır.

2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu almışdır.

2005-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.

2008-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "AZAL" dövlət konserninin yenidən təşkili yolu ilə "Azərbaycan Hava Yolları" QSC yaradılmışdır.

2009-cu ildə əsaslı yenidənqurmadan sonra Zaqatala və Lənkəran hava limanları beynəlxalq status almışdır.

2011-ci ildə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (EEIG) tərəfindən "Azərbaycan Hava Yolları" QSC-yə Avropa Xidmət Standartı verilmişdir.

2011-ci ildə "Azərbaycan Hava Yolları"nın parkına "Boeing 767–300ER" tipli təyyarələr əlavə olunmuşdur.

2013-cü ildə "Azərbaycan Hava Yolları" Airbus A340–500 tipli uzaq magistrallı sərnişin təyyarələri almışdır.

2013-cü ildə Yevlaxda "Azalaqro" aviaşirkəti açılmışdır.

2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları"nın donanmasına Boeing 787–8 Dreamliner tipli təyyarələr əlavə edilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" aviaşirkətinin hava gəmiləri parkına Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 tipli reaktiv təyyarələr əlavə olunmuş və 2017-ci ildə həmin təyyarələr "Azərbaycan Hava Yolları" aviaşirkətinin törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkətinə verilmişdir.

2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır.

2015-ci ildə Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcı "4 ulduz" reytinqinə layiq görülmüşdür.

2016-cı ildə Azərbaycan Amerika Birləşmiş Ştatları ilə "Open Skies" sazişi imzalamışdır.

2016-cı ildə AZAL QSC-nin tərkibində Embraer tipli hava gəmilərindən ibarət Azərbaycanın ilk aşağı büdcəli Buta Airways aviaşirkəti yaradılmışdır.

2018-ci ildə "Skytrax" şirkətinin versiyasına görə "Azərbaycan Hava Yolları" aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır.

2018-ci il iyun ayından Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" HHİ-nin nəzdində Azərbaycan Hava Məkanına Nəzarət və Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılışı olub.

2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub.

2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutub.

2023-cü ilin aprelində AZAL 12 Airbus A320neo ailə təyyarəsinin, o cümlədən A320neo və A321neo laynerlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb.[3] 2028-ci ildən etibarən hər il 4 təyyarənin istismara verilməsi planlaşdırılır.[4]

2023-cü il oktyabr ayında Azərbaycan Hava Yolları" və "Buta Airways" sərnişinlərə daha yaxşı xidmət göstərmək məqsədilə vahid brend altında birləşdi.

2025-ci mayın 13-dən 15-dək "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə Qafqaz və Xəzər regionunda ilk dəfə Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerjisi Forumu (AEF) keçirilib[5]. Forum çərçivəsində AZAL iqlim dəyişikliyi ilə birgə mübarizə üçün CO2 Connect proqramına qoşulmaq üçün IATA ilə müqavilə imzalayıb[6].

Maliyyə vəziyyəti
AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Hava nəqliyyatında sərnişin daşımaları artsa da, aviaşirkətin ziyanının 1999-cu il ilə 2013-cü il arasında 500 milyon manata çatdığı açıqlanıb. "AZAL" QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda aviaşirkətin 1996–1998-ci illərdə çox böyük mənfəətlə işlədiyi bildirilib. 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. 2008-ci ildə sərnişin daşımalarından 203 milyon 887 min gəlir ədldə edən şirkətin ziyanı 11,3 milyon manat olub. 2009-cu ildə şirkət 254 milyon 247 min manat gəliri müqabilində ili 98,8 milyon manat, 2010-cu ildə 252 milyon 175 min manat gəlir müqabilində 119,8 mln manat ziyanla başa vurub. 2011-ci ildə ziyan bir qədər azalsa da, kifayət qədər böyük olub – 63 milyon manat. 2012-ci ildə isə bu rəqəm 33,2 milyon manata düşüb. Qəribədir ki, AZAL-ın sərnişindaşımaları artdıqca ziyanı da daha da böyüyüb. Belə ki, 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda aviaşirkət 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə rekord səviyyəydə — 1 milyon 600 min nəfər sərnişin daşındığı halda aviaşirkətl böyük ziyan edib. AZAL maliyyə hesabatlarını açıqlamadığından bu ziyanın səbəbləri də qaranlıq qalır. AZAL bilet satışından beynəlxalq daşımalar üzrə orta hesabla 181,5 manat, yerli daşımalar üzrə 49 manat gəlir əldə etsə də, bu qədər ziyanın haradan qaynaqlandığı rəsmi olaraq bilinmir. Digər tərəfdən AZAL xərclərinin artım tempi gəlirlərin artımını orta hesabla 20 faizə yaxın üstələyib. Bunun səbəbi isə izah olunmur. Rəsmən zərərli Bakı-Naxçıvan-Bakı marşrutları ilə uçuşlar hesab edilir ki, bununla əlaqədar da dövlət hər il AZAL-a 12 mln manat subsidiya ödəyir. Hər iki istiqamətdə biletlərin qiyməti 140 manat təşkil edir, onun 40 manatı dövlət büdcəsindən ödənilir. Ayrı-ayrı media orqanları bu illər ərzində zərərin səbəblərini aydınlaşdırmaq üçün dəfələrlə AZAL QSC-yə yazılı sorğu göndərsə də, şirkət maliyyə göstəricilərini şərh etməkdən imtina edib və bunu kommersiya sirri ilə əsaslandırıb.

AZAL-ın daşımalar üzrə və digər gəlirləri 2021-ci ildə 491 milyon 750 min manat ikən, 2022-ci ildə 1 milyard 149 milyon 954 min manata yüksəlib (658 milyon 204 min manat və ya 2,3 dəfə artıb).

Həmçinin 2022-ci il üzrə AZAL dövlətdən 108 milyon 809 min manat subsidiya alıb. Şirkət 2021-ci ildə dövlətdən 98 milyon 909 min manat subsidiya almışdı.

2022-ci ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 298 milyon 578 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 40 milyon 625 min manat, cəmi əməliyyat mənfəəti 257 milyon 953 min manat olub.

Rəhbərlik
AZAL-ın İdarə Heyətinin (İH) tərkibi — prezident, birinci vitse-prezident və vitse-prezidentlərindən ibarətdir. Prezident Samir Rzayev, I vitse-prezident Sabir İlyasov, vitse-prezidentlər isə İlham Əmirov, Fərdil Məmmədov.

AZAL Bakı-Tbilisi istiqaməti üzrə qayıdış biletini gediş biletindən 6 dəfə baha təklif edir
Sosial
05.08.2025 16:16
AZAL Bakı-Tbilisi istiqaməti üzrə qayıdış biletini gediş biletindən 6 dəfə baha təklif edir
“Bank BTB” və “Bank Avrasiya”nın aktivləri azalıb, “Premium Bank” “yerində sayıb”
Biznes
04.08.2025 13:58
“Bank BTB” və “Bank Avrasiya”nın aktivləri azalıb, “Premium Bank” “yerində sayıb”
Azərbaycana turist axınında KƏSKİN AZALMA
Turizm
26.07.2025 17:18
Azərbaycana turist axınında KƏSKİN AZALMA
AZAL yeni onlayn xidmətini istifadəyə verib
Ölkə
07.07.2025 15:02
AZAL yeni onlayn xidmətini istifadəyə verib
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yeni istintaq məlumatları açıqlanıb
Ölkə
02.07.2025 12:11
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yeni istintaq məlumatları açıqlanıb
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion məktub
Ölkə
01.07.2025 18:05
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion məktub
AZAL yeni istiqamətlərə uçuşlar açacaq
Biznes
26.06.2025 19:16
AZAL yeni istiqamətlərə uçuşlar açacaq
Hökumənin ailə üzvləri qəza yerində - FOTO
Yurddan uzaq
24.06.2025 21:29
Hökumənin ailə üzvləri qəza yerində - FOTO
Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verilməsi təsdiqlənib - YENİLƏNİB
Bakı
23.06.2025 21:56
Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verilməsi təsdiqlənib - YENİLƏNİB
“American Airlines”in təyyarəsi Bakıda məcburi eniş edib
Ölkə
23.06.2025 12:42
“American Airlines”in təyyarəsi Bakıda məcburi eniş edib
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Yurddan uzaq
23.06.2025 10:20
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Azad olunmuş ərazilərdə işəgötürənlə görüş keçirildi
Ölkə
19.06.2025 21:12
Azad olunmuş ərazilərdə işəgötürənlə görüş keçirildi
Azərbaycanlı zəvvarların ilk qrupu bu gün vətənə qayıdır - YENİLƏNİB
Yurddan uzaq
16.06.2025 16:26
Azərbaycanlı zəvvarların ilk qrupu bu gün vətənə qayıdır - YENİLƏNİB
AZAL bir sıra reysləri ləğv etdi - İki şəhərə uçuş DAYANDIRILDI
Yurddan uzaq
16.06.2025 14:58
AZAL bir sıra reysləri ləğv etdi - İki şəhərə uçuş DAYANDIRILDI
AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
Sosial
15.06.2025 23:09
AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
AZAL bu ölkəkərə də reysləri ləğv etdi
Ölkə
14.06.2025 20:39
AZAL bu ölkəkərə də reysləri ləğv etdi
İsrailin İrana zərbəsindən sonra AZAL bir sıra reysləri ləğv etdi - YENİLƏNİB
Yurddan uzaq
13.06.2025 15:15
İsrailin İrana zərbəsindən sonra AZAL bir sıra reysləri ləğv etdi - YENİLƏNİB
AZAL təyyarəsinin İranda təcili etməsinin təfərrüatı
Sağlamlıq
11.06.2025 12:01
AZAL təyyarəsinin İranda təcili etməsinin təfərrüatı
Azərbaycanın turizm potensialı Koreyada nümayiş olunur
Turizm
08.06.2025 13:06
Azərbaycanın turizm potensialı Koreyada nümayiş olunur
Bayramla bağlı Naxçıvana uçuşların sayı artırılıb
Naxçıvan
07.06.2025 11:51
Bayramla bağlı Naxçıvana uçuşların sayı artırılıb