“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti, “Premium Bank” ASC-nin əsas səhmdarı Cahangir Əsgərov ölkənin aparıcı kosmetika istehsalçısı "Gazelli Group" MMC-dəki payını götürərək holdinqi tərk edib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində bildirilir.
Məlumata əsasən, "Gazelli Group" MMC yenidən təşkil olunub. Buna səbəb "Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki" MMC-nin holdinqdən ayrılmasıdır.
Kreditorlar iki ay ərzində tələbini Bаkı şəhəri, 28 May küçəsi, ev 4, mənzil 4 ünvanına bildirə bilərlər.
Z.Həmzəyeva C.Əsgərovun həyat yoldaşı olub. O, ötən ilin yanvar ayında vəfat edib. Z.Həmzəyeva həm də “Premium Bank”ın əsas səhmdarı idi – dünyasını dəyişdikdən sonra bankdakı payı həyat yoldaşına keçib.