SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“BG Company”nin vergi borcu 2 milyon manatı ötdü

“BG Company”nin vergi borcu 2 milyon manatı ötdü

  • 14 noyabr 2026, 20:04

“BG Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə vergi borcu kəskin artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 3 dəfəyə qədər artaraq 744 min manatdan 2,1 milyon manata yüksəlib. 

Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən “BG Company” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin direktoru Sərxan Hüseynovdur.

Şirkət qida və qeyri-qida məhsullarının idxalı, topdan və pərakəndə satışı, dəftərxana ləvazimatlarının təchizatı, texnologiya məhsulları və poliqrafiya xidmətləri ilə məşğuldur.

Skat.az - Ev və Avtomobil elanları