Azərbaycanda hüquq, vergi, maliyyə, audit və idarəetmə sahələrində fəaliyyət göstərən “Ekvita Consulting” şirkətinin böyük həcmdə borcu yığılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Ekvita Consulting”in 210 min manat vergi borcu yaranıb.
Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 360 min manat, rəhbəri İlqar Mehtidir.
İlqar Mehdinin maliyyə nazirinin birinci müavini Anar Kərimovun yaxın qohumu olduğu bildirilir. “Ekvita Consulting” şirkəti də daha öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bir neçə qurumun tenderlərinin qalibi olub. Bu isə Anar Kərimovun ƏƏSMN-də nazir müavini olduğu müddətə təsadüf edib.