SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Milyonluq tenderlərin qalibi olan şirkətinin direktoru dəyişdi

Milyonluq tenderlərin qalibi olan şirkətinin direktoru dəyişdi

  • 13 noyabr 2026, 13:01

Binaların və texniki qurğuların tikintisi və idarə olunmasını həyata keçirən “Az Services” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi dəyişib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətdə Bəxti̇yar İmamverdi̇yevin yerinə direktor vəzifəsinə Aki̇f Ələkbərov təyin olunub.

“Az Services” MMC 2010-cu ildən fəaliyyət göstərir, nizamnamə kapitalı 1000 manatdır.

Şirkət bir sıra dövlət qurumları üçün böyükhəcmli tenderlərin qalibi elan olunub.

Belə ki, bu il Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən “Böyük qayıdış” portalı proqram təminatının satın alınması ilə bağlı 2,5 milyon manatlıq müqavilə bağlanılıb.

Daha əvvəl Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Ağcabədi və Sabirabad rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 224 min manat təşkil edib.

Həmçinin DİN-nin Tibb İdarəsinə bilavasitə Tabe olan A.N.Heydərov adına Respublika Hospitalının elan etdiyi qazanxananın təmiri üçün ehtiyyat hissələrinin və texniki servis xidməti üzrə elan olunan 167 min manatlıq tenderin qalibi də bu şirkət olub.

Bakı Sağlamlıq Mərkəzi “İnformasiya texnologiyaları avadanlıqlarının satınalınması” tenderinə görə şirkətə 558 min manat ödəyib.

Sığorta üzrə Dövlət Agentliyi İKT avadanlıqlarının və lisenziyalarının satın alınması ilə bağlı elan etdiyi açıq tender nəticəsində “Az Services” MMC-yə 1 163 min manat verib.

“Az Services” MMC “Cəlilabad Müalicə Diaqnostika Mərkəzi”nin tikili və avadanlıqların cari təmiri üzrə 48 min manatlıq tenderin də qalibi olub.

Skat.az - Ev və Avtomobil elanları