SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Bakubus”ın milyonluq sifarişlərini icra edən şirkətə 1000 manat maya qoyuldu

“Bakubus”ın milyonluq sifarişlərini icra edən şirkətə 1000 manat maya qoyuldu

  • 11 noyabr 2026, 18:16
Ağdam

Ağdam şəhərində avtobus parkını tikəcək şirkət nizamnamə kapitalını artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “UFC Mühəndislik” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını 55 dəfə artıraraq 20 manatdan 1100 manata çatdırıb.

Mühəndislik, infrastruktur və texnoloji həllər təqdim edən şirkət 10 ildir fəaliyyət göstərir, direktoru Elxan Mənəflidir.

“UFC Mühəndislik” “Bakubus” MMC ilə imzaladığı müqavilələr əsasında Xırdalan, Laçın, Cəbrayıl, Xankəndi, Ağdamda avtobus parklarının tikintisini həyata keçirir. 

Sonuncu satınalma müqaviləsi ilə Qarabağ iqtisadi rayonunun Ağdam şəhərində avtobus parkının əsaslı tikinti işləri üçün “UFC Mühəndislik” MMC-yə 14,7 milyon manat ödəniş olunub.

Skat.az - Ev və Avtomobil elanları