SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Medsnab MMC fəaliyyətini yenidən aktivləşdirdi - YENİLƏNİB

"Medsnab" MMC fəaliyyətini yenidən aktivləşdirdi - YENİLƏNİB

  • 10 noyabr 2026, 21:30

"Medsnab" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini bərpa edib.

Yurd.Media xəbər verir ki, bu gün ərzində kommersiya qurumlarının dövlət reyestrində şirkətin fəaliyyətinin yenidən aktivləşdirilməsi qeyd olunub.


*** 11:16

Azərbaycanda tibbi cihazların və materialların satışı ilə məşğul olan şirkət bağlanıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, 4 ildir fəaliyyət göstərən "Medsnab" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bu ay fəaliyyəti dayandırılıb.

"Medsnab" MMC əsasən kardiologiya sahəsi üzrə qabaqcıl tibbi cihazların və materialların (stentlər, balonlar və s.) satışı və distribusiyası ilə məşğul idi. Cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərmiş şirkət 2022-ci ilin noyabr ayında təsis edilib və həmin ilin dekabrından satış fəaliyyətinə başlamışdı. Şirkətin direktoru Azər Şiriyevdir.

Şirkət ötən il Dövlət Gömrük Komitəsinin (DGK) Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalının bəzi mallara olan təlabatını ödəyəmək üçün elan etdiyi tenderin qalibi seçilmişdi. Belə ki, transkateter aorta qapağın implantasiyası (balloon expandable) və koronar angioqrafiya üçün xüsusi tibbi sərf materiallarının satın alınmasını üçün “Medsnab” MMC ilə 2,4 milyon manatlıq müqavilə bağlanmışdı.

Skat.az - Ev və Avtomobil elanları