SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
BNA-nın tenderlərini qazanmış tikinti şirkəti bağlandı

BNA-nın tenderlərini qazanmış tikinti şirkəti bağlandı

  • 09 noyabr 2026, 11:38

Azərbaycanda bir sıra dövlət tenderlərinin qalibi olmuş 12 illik tikinti şirkəti bağlandı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Təmir Tikinti Texnologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.

Daşınmaz əmlakın tikintisi və təmiri üzrə peşəkar xidmətlər göstərən şirkət 2014-cü ildən fəaliyyət göstərib. 

MMC 2020-ci illərdə Bakı Nəqliyyat Agentliyinin elan etdiyi bir sıra tenderlərin qalibi olmuşdu. 

Nizamnamə kapitalı 50 manat olan şirkətin təsisçisi Elxan İbrahimov idi.

Skat.az - Ev və Avtomobil elanları