SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Qafar Dəmirçinin şirkəti Qaxda da müştərisi ilə məhkəməyə çıxdı

Qafar Dəmirçinin şirkəti Qaxda da müştərisi ilə məhkəməyə çıxdı

  • 06 noyabr 2026, 14:41
Qax

Azərbaycanda faktorinq xidməti göstərən, məşhur iş adamı Qafar Dəmirçiyə məxsus “Ferrum Kapital” şirkəti daha bir müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət Qax Rayon Məhkəməsinə müraciət edərək “Ferrum Kapital” QSC-nin borcun tutulmasını istəyib. 

“Ferrum Kapital” QSC-nin 2026-cı il tarixli nisyə-alqı satqı müqaviləsi üzrə 64 manat borcun, 9,6 manat cərimə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 40 qəpik dövlət rüsumu ilə əlaqədar xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

Məhkəmə iddia tələbini qismən təmin edib. Cavabdehdən “Ferrum Kapital” QSC-in xeyrinə nisyə-alqı satqı müqaviləsi üzrə 64 manat borc, 3 manat cərimə borc, cəmi 67 manat, 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik dövlət rüsumu ilə əlaqədar xidmət haqqı tutulması barədə qətnamə çıxarılıb. 

Qeyd edək ki, “Ferrum Kapital” QSC bundan əvvəl Şəki və Xaçmaz Rayon Məhkəmələrində müştərilərinə qarşı iddia qaldırmışdı.

Skat.az - Ev və Avtomobil elanları