SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Ferrum Kapital 65 manata görə müştərisini məhkəmə verdi

"Ferrum Kapital" 65 manata görə müştərisini məhkəmə verdi

  • 13 aprel 2026, 13:36

Azərbaycanda faktorinq xidməti göstərən, məşhur iş adamı Qafar Dəmirçiyə məxsus "Ferrum Kapital" şirkəti yenidən məhkəmədə müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Ferrum Capital” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bununla bağlı Şəki Rayon Məhkəməsinə müraciət edilib.

Şirkət müştərisi ilə arasında nisyə alqı-satqı müqaviləsi üzrə 65 manat borcun, 9.75 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, “Ferrum Capital” Qapalı Səhmdar Cəmiyyəti bundan əvvəldə belə iddialarla məhkəməyə müraciət edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları