SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Qafar Dəmirçinin 75 milyon manatlıq şirkəti 500 manata görə məhkəmələrdə qalıb

Qafar Dəmirçinin 75 milyon manatlıq şirkəti 500 manata görə məhkəmələrdə qalıb

  • 14 noyabr 2025, 14:12

Azərbaycanda faktorinq xidməti göstərən, məşhur iş adamı Qafar Dəmirçiyə məxsus "Ferrum Kapital" şirkəti bir neçə müştərisinə qarşı məhkəmə iddiası qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Ferrum Capital” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edilib.

İlk olaraq iki iddia üzrə məhkəmə prosesi keçirilib. Şirkət müştərilərindən birinə qarşı 63 manat əsas borc, 9 manat isə cərimə borcu, digərinə qarşı isə 135 manat əsas borc, 24 manat cərimə borcunun ödənilməsi üzrə iddia qaldırıb. 
Səbail Rayon Məhkəməsində keçirilən ayrı-ayrı icraatlarda hər iki iddia qismən təmin edilib. Məhkəmə əsas borcun ödənilməsi öhdəliyini cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarıb.  Cərimə məbləğinə münasibətdə isə iddia təmin edilməyib.

“Ferrum Capital” daha bir müştərisinə isə 257 manat əsas borc, 12 manat isə cərimə borcu ilə iddia qaldırıb. Məhkəmə burada da iddianı qismən təmin edib, əsas borcun qaytarılması barədə qətnamə çıxarıb. 

Qeyd edək ki, "Ferrum Kapital" 2024-cü ilin yekunlarına görə 2,7 milyon manat xalis mənfəət əldə edib.  Bu, əvvəlki illə müqayisədə 20% çoxdur. Bu ilin əvvəlinə "Ferrum Kapital"ın aktivləri 75,6 milyon manat təşkil edib. 

Prime Leasing
SPE Annual Caspian