SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Qafar Dəmirçinin faktorinq biznesi bir qədər də “çiçəklənib”

Qafar Dəmirçinin faktorinq biznesi bir qədər də “çiçəklənib”

  • 29 sentyabr 2025, 15:19

Azərbaycanda faktorinq xidməti göstərən, məşhur iş adamı Qafar Dəmirçiyə məxsus "Ferrum Kapital" QSC 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, şirkət ötən il 2,7 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki illə müqayisədə 20% çoxdur. 

Bu ilin əvvəlinə "Ferrum Kapital"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 28,7% çox - 75,6 milyon manat, o cümlədən borc portfeli 25,9% çox – 50,65 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 67,1 milyon manat (27% çox), balans kapitalı isə 8,5 milyon manat (44,1% çox), o cümlədən nizamnamə kapitalı cəmi 2 min manat təşkil edib. 

Prime Leasing